Xəbərlər :: Muxtar respublika gömrük orqanlarının yarımillik fəaliyyəti müzakirə olunub :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

19.08.2018

USD - 1.7000

EUR - 1.9343

GBP - 2.1630

IRR - 0.0040

RUR - 0.0254

TRY - 0.2909

Muxtar respublika gömrük orqanlarının yarımillik fəaliyyəti müzakirə olunub

25.07.2018

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn məsələlərin və 2018-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. Tədbiri giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və hüquq mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi və daxili bazarın qorunması istiqamətində işlər davam etdirilib. 
Bildirilib ki, dövlətimiz tərəfindən gömrük xidmətinin modernləşməsi, yüksək iş və xidmət şəraitinin yaradılması diqqətdə saxlanılıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılıb, Sədərək sərhəd keçid məntəqəsi üçün 18 hektara yaxın ərazidə “bir dayanacaq” prinsipinə uyğun müasir gömrük kompleksinin inşası davam etdirilib. Komitə sədri kompleksin tikintisinin qısa vaxta başa çatdırılması üçün işlərin sürətləndirildiyini önə çəkib. 
Qeyd olunub ki, hesabat dövrü ərzində iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi xüsusilə diqqətdə saxlanılıb. 2017-ci ilin dekabr ayında cənab Ali Məclis Sədrinin İran İslam Respublikasına rəsmi səfəri zamanı əldə olunmuş razılığa əsasən Culfa gömrük-sərhəd buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçirilib. Sutkalıq iş rejiminə keçid bu gömrük orqanından istifadənin daha da yaxşılaşmasına, gediş-gəlişin fasiləsiz təmin olunmasına, xarici ticarət dövriyyəsinin artmasına, tranzit imkanlardan daha geniş istifadəyə şərait yaradıb. 
Komitə sədri vurğulayıb ki, 2018-ci ilin birinci yarısında muxtar respublika gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnoz-tapşırığa 100 faiz əməl edilib. Belə ki, büdcənin formalaşdırılması üçün yanvar-iyun ayları ərzində 3 milyon 806 min 527 manat vəsait toplanaraq təyinatı üzrə köçürülüb. Büdcəyə köçürülmüş gömrük ödənişləri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 722 min 502 manat çox olub. 
Muxtar respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən Komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 53 ölkə ilə 212 milyon 318 min 800 ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb, ixracın həcmi 0,2 % artıb. İxrac əməliyyatları əsasən Türkiyə Respublikası, İran İslam Respublikası,  Gürcüstan, Rusiya Federasiyası, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri ilə həyata keçirilib. İxracın strukturunda sənayə məhsullarının payı 79 % olub. 
2018-ci ilin birinci yarısında gömrük orqanları tərəfindən qaçaqmalçılığa qarşı mübarizə istiqamətində də səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində 8 cinayət faktı aşkarlanıb, 104 kq 961 qram heroin, 4,2 qram tiryək, 2,6 qram marixuana, 179 qram metamfetamin, 10 ədəd Tramadol adlı güclü təsir edici maddə, 20 ədəd Klonazepam adlı psixotrop tərkibli dərman aşkar edilib. Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində X-ray tipli rentgen nəzarət qurğusunun təsvirləri əsasında muxtar respublikadan tranzit hərəkət edən Türkiyə Respublikasına məxsus nəqliyyat vasitəsində 104 kq 530 qr heroinin aşkarlanması Naxçıvan gömrüyünün bu sahədə ən böyük nailiyyəti olub.
Muxtar respublika gömrük xidmətinin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti də uğurlu nəticələr verib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 9,5 qram marixuana, 100 ədəd Tramadol adlı güclü təsiredici maddə saxlanılıb. 
Hesabt dövründə psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xüsusilə diqqətdə saxlanılıb. Gömrük orqanları tərəfindən psixotrop tərkibli dərmanların dövriyyəsinə tam nəzarət olunması üçün gömrük-sərhəd buraxılış məntəqələrində dərman vasitələrinin adını yazmaqla idxalının məhdudlaşmış olub-olmadığını müəyyənləşdirmək üçün proqram təminatından istifadə olunub. Muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 36 min tabletkadan çox müxtəlif adda dərman vasitələri saxlanılıb ki, onların da  34 min tabletkadan çoxu psixotrop tərkibli olub.
Gömrük qaydalarının pozulmasına görə inzibati qaydada 73 icraat aparılıb və 23 min 800 manat cərimə ödənişi təmin olunub. 
Daxili bazarın qorunmasının gömrük orqanlarının fəaliyyətində prioritet istiqamət olduğunu önə çəkən komitə sədri daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib.  Yerli sahibkarların dəstəklənməsi üçün kənd təsərrüfatı məhsulları kütləvi çıxım dövründə analoji xarici malların təsirindən qorunub, istehlakçıların mənafeyi naminə yerli məhsulların bazar payı daim nəzarətdə saxlanılmaqla idxalın məhdudlaşdırılması həyata keçirilib. 
Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunub. Hesabat dövrü ərzində keyfiyyət göstəricilərinin təyini ilə bağlı, ümumilikdə, 244 ton məhsuldan alınan prob və nümunələrin ekspertizası aparılıb. Ekspertiza olunmuş mallardan 31 tondan artıq ərzaq və qeyri-ərzaq məhsulunun keyfiyyət göstəriciləri normalara cavab vermədiyindən, o cümlədən markalanma və qablaşması tələblərə uyğun olmadığından muxtar respublika ərazisinə buraxılmayıb. 
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında muxtar respublika gömrük orqanlarının qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işləri qeyd edən komitə sədri vergilərin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına və toplanaraq büdcəyə köçürülməsinə nəzarətin artırılmasına, mövsüm ərzində daxili bazarın qorunması üçün tədbirlərin görülməsinə, tələbatdan artıq meyvə-tərəvəz məhsullarının ixracına əlverişli şəraitin yaradılmasına nail olmaqdan ötrü səylərin artırlımasının vacibliyini vurğulayıb. 
Kollegiya iclasında cari ilin birinci yarısında gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə istiqamətində görülmüş işlərin və gömrük orqanlarında həyata keçirilmiş audit yoxlamalarının nəticələri müzakirə olunub, “Naxçıvanterminalkompleks” Birliyinin yarımillik fəaliyyətinə dair hesabat dinlənilib. 
Tədbirə yekun vuran Komitə sədri nizam-intizamın və işə tələbkarlığın artırılmasının,  qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma halları ilə mübarizə, eləcə də daxili bazarın qorunması istiqamətində tədbirlərin gücləndirilməsinin, elektron xidmət və ödənişlərdən istifadənin stimullaşdırılmasının, maarifləndirmə və profilaktika tədbirlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Rahil TAHİRLİ
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

19.08.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.