Xəbərlər :: Gömrük postlarında dezinfeksiya tədbirləri gücləndirilib :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

08.12.2019

USD - 1.7000

EUR - 1.8883

GBP - 2.2364

IRR - 0.0040

RUR - 0.0267

TRY - 0.2957

Gömrük postlarında dezinfeksiya tədbirləri gücləndirilib

18.12.2018

Naxçıvan Muxtar Respublikası ərazisinə yoluxucu heyvan və quş xəstəliklərinin keçməsinin qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən nəzarət tədbirləri gücləndirilib. Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı qonşu ölkələrdə yüksək patogenli quş qripi və heyvan mənşəli qarayara xəstəliyinin qeydə alınması ilə bağlı xəbərdarlıq edib. Qeyd edək ki, hal-hazırda heyvanlar və quşlar arasında bu cür virus xəstəlikləri dünyanın bir çox ölkəsində yayılıb. 
Bununla əlaqədar xəstəlik müəyyən olunan ölkələrdən Naxçıvan Muxtar Respublikasına diri heyvan və heyvandarlıq, o cümlədən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Sözügedən yoluxucu xəstəliklərin muxtar respublikamıza keçməsinin qarşısını almaqdan ötrü bütün gömrük postlarında dezinfeksiya tədbirləri görülür. Bu məqsədlə yoluxucu xəstəliklərin qeydə alındığı ölkələrdən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələri bir qayda olaraq dezobaryerlərdən keçir və dərmanlama işi aparılır. Sərnişin keçid zallarında da dezinfeksiya tədbirləri vaxtaşırı olaraq həyata keçirilir. Muxtar respublikanın bütün gömrük postlarında vətəndaşların bədən temperaturuna termal-kameralar vasitəsilə nəzarət olunur. Gömrük sərhədini keçən vətəndaşlar qonşu ölkələrdə qeydə alınan xəstəliklərlə bağlı məlumatlandırılır, həmin ölkələrdən alınıb gətiriləcək diri quş və quşçuluq, o cümlədən heyvan və heyvandarlıq məhsullarının törədə biləcəyi fəsadlarla bağlı maarifləndirmə işi aparılır. 
Aidiyyatı qurumlarla birgə həyata keçirilən profilaktik tədbirlərin nəticəsidir ki, hazırda quş qripi, qarayara və digər kəskin yoluxucu xəstəliklərə görə muxtar respublikamızda epizootik vəziyyət sabitdir. 
 
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti
 


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

08.12.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.