Xəbərlər :: Gömrükçülər sərhədçilərə bayram sovqatı aparıb :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

26.05.2019

USD - 1.7000

EUR - 1.9423

GBP - 2.2312

IRR - 0.0040

RUR - 0.0257

TRY - 0.3158

Gömrükçülər sərhədçilərə bayram sovqatı aparıb

28.12.2018

Xalqla ordunun birliyi ölkənin müdafiə qüdrətinin artırılmasında, hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm rol oynayır. Bu mənada əlamətdar günlərdə, bayramlarda əsgərlərimizin yanında olmaq, hərbi hissələrə sovqat aparmaq, yardımlar göstərmək xalqla ordunun birliyini təcəssüm etdirir. Bu xeyirxah ənənəni davam etdirən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi  “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının qonağı olub. 
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sərhədçiləri təbrik edən Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli vurğulayıb ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda ordumuzun daha da qüdrətlənməsi işi uğurla davam etdirilir, sərhədlərimizin etibarlı müdafiəsi təmin olunur. Xalq inanır ki, onun yenilməz, düşmənə hər an qalib gələ biləcək mübariz ordusu vardır. Ordu isə inanır ki, onun arxasında bütün Azərbaycan xalqı dayanır. Bu günlərdə biz bu birliyin, həmrəyliyin bir daha şahidi oluruq. 
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Qərargah rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Anar Nəsirli göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. Qeyd olunub ki, ölkəmizin müdafiə xərcləri ildən-ilə artır, təminat ən yüksək səviyyədədir. Bayram günlərində əsgərləri yada salmaq, hərbi qulluçularla bir yerdə olmaq, sevinci bölüşmək isə, sözün əsl mənasında, orduya əvəzsiz mənəvi dayaqdır. 
Sonra gətirilən bayram sovqatı sərhədçilərə təqdim olunub. 

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin 
Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

26.05.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.