Xəbərlər :: Qısa idxal bəyannaməsinin əvvəlcədən təqdim olunmamasına görə cərimələr tətbiq ediləcək :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

25.08.2019

USD - 1.7000

EUR - 1.8816

GBP - 2.0788

IRR - 0.0040

RUR - 0.0259

TRY - 0.2946

Qısa idxal bəyannaməsinin əvvəlcədən təqdim olunmamasına görə cərimələr tətbiq ediləcək

28.01.2019

Gömrük qanunvericiliyinə əsasən biznes subyektləri tərəfindən qısa idxal bəyannaməsinin təqdim olunması öhdəliyi ilə bağlı dəyişikliklər fevral ayının 1-dən qüvvəyə minəcək. Qeyd edək ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113-cü maddəsinə edilmiş dəyişikliklərə görə mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi təqdim olunmalıdır. Bu tələb fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi hallarına aid deyil.
Qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilməlidir. Bunun üçün şəxslər “Asan imza” və ya “Elektron imza” vasitəsi ilə Elektron Hökumət Portalına daxil olub “Dövlət Gömrük Komitəsi”ni, oradan da “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi” xidmətini seçməlidirlər. Qısa idxal bəyannaməsi məhz gömrük orqanlarının bu elektron xidmət bölməsinə giriş etməklə tərtib oluna bilər. Risklərin təhlili, o cümlədən gömrük nəzarətinin aparılması üçün tələb olunan həmin elektron sənəddə zəruri məlumatlar düzgün əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı bir saat əvvəl gömrük orqanına təqdim olunmalıdır. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. Mal sahibləri sözügedən elektron sənədi gömrük təmsilçiliyi xidmətindən yararlanmaqla da təqdim edə bilərlər. Bunun üçün “Naxçıvanterminalkompleks” Birliyi tərəfindən muxtar respublikanın bütün gömrük sərhəd buraxılış məntəqələrində təmsilçilik xidməti göstərilir.
Onu da qeyd edək ki, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçi üçün inzibati məsuliyyət yaratsa da, gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmayacaq. 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən fevral ayının 1-dən etibarən qısa idxal bəyannaməsinin əvvəlcədən, yəni mallar gömrük ərazisinə gətirilməzdən öncə elektron formada təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə ediləcək. 
Gömrük qanunuvericiyliyində edilmiş bu dəyişliklərin tətbiqi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Naxçıvan Muxtar Respublikası
 Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

25.08.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.