Xəbərlər :: Gənc gömrükçülərin andiçmə mərasimi keçirilib :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

26.04.2019

USD - 1.7000

EUR - 1.9423

GBP - 2.2312

IRR - 0.0040

RUR - 0.0257

TRY - 0.3158

Gənc gömrükçülərin andiçmə mərasimi keçirilib

29.01.2019

Muxtar respublika gömrük orqanları sıralarına yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib. 
30 yanvar – Azərbaycan Respublikası gömrük əməkdaşlarının peşə bayramı günü ərəfəsində Dövlət Bayrağı Muzeyində təşkil olunan tədbirdə “Gömrük andı”nı sınaq müddətini bitirmiş və ilk xüsusi rütbələr verilmiş 20 gömrükçü qəbul edib. 
Əməkdaşlar təntənəli surətdə and içiblər. 
Sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli “Gömrük andı”nı qəbul etmiş əməkdaşları təbrik edərək seçdikləri bu şərəfli yolda onlara uğurlar arzulayıb. Bildirilib ki, əsl gömrükçü olmaq üçün bu peşənin sirlərinə dərindən yiyələnməli, qanunvericiliyin tələblərinə sözsüz riayət etməli, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində təşəbbüskarlıq və mütəşəkkillik göstərilməlidir. Nizam-intizam və məsuliyyət olan yerdə uğur da var,- deyən Komitə sədrinin müavini onu da vurğulayıb ki, hər bir gömrükçü milli dövlətçiliyimizə sədaqətlə xidmət etməli, Ümummili liderimiz Heydər Əliyevin ideyaları ətrafında sıx birləşməlidir.
Sonra Dövlət Bayrağı Muzeyi ilə tanışlıq olub. Məlumat verilib ki, muzey dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. 

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti 


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

26.04.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.