Xəbərlər :: Gömrükçülər arasında ən güclü tennisçi müəyyənləşib :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

25.08.2019

USD - 1.7000

EUR - 1.8816

GBP - 2.0788

IRR - 0.0040

RUR - 0.0259

TRY - 0.2946

Gömrükçülər arasında ən güclü tennisçi müəyyənləşib

08.02.2019

Gömrükçülər arasında idmanın stolüstü tennis növü üzrə turnir keçirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 27-ci ildönümünə həsr olunan yarışda komitənin sisteminə daxil olan gömrük orqanlarından 16 tennisçi qüvvəsini sınayıb. 
Gömrükçülərin fiziki sağlamlığını qorumaq, onlar arasında idmanın bu növünü təbliğ etmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və ən güclü tennisçiləri müəyyənləşdirmək məqsədilə təşkil olunan turnir olimpiya sistemi üzrə keçirilib. Püşkatmanın nəticələrinə uyğun olaraq baş tutan qarşılaşmalardan sonra hər iki yarımqrupdan 4 idmançı növbəti mərhələyə vəsiqəni təmin edib. İki gün davam edən turnir gərgin oyunlarla yadda qalıb. 
Həlledici qarşılaşmada Roman Məmmədovla (Sədərək Gömrük İdarəsi) qarşılaşan Bilal Nağıyev (Gömrük Mühafizə Xidməti) setləri öz xeyrinə başa vurmaqla çempionluğunu rəsmiləşdirib. Üçüncülük uğrunda mübarizənin qalibi isə Vəli Əliyev (Komitə) olub. 
Qaliblər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. 


Komitənin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

25.08.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.