Xəbərlər :: İdxal olunan məhsulların genetik modifikasiyası və halal standartlara uyğunluğu dəqiqliklə müəyyən olunacaq :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

26.04.2019

USD - 1.7000

EUR - 1.9423

GBP - 2.2312

IRR - 0.0040

RUR - 0.0257

TRY - 0.3158

İdxal olunan məhsulların genetik modifikasiyası və halal standartlara uyğunluğu dəqiqliklə müəyyən olunacaq

18.03.2019

Muxtar respublikamızda əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Bu məqsədlə 2012-ci ildə yaradılan Naxçıvan gömrük laboratoriyası Cənubi Qafqazda geni modifikasiya olunmuş (GMO) məhsulların təyini üzrə ən müasir laboratoriyadır. 
Yaradılan şərait gömrük orqanları tərəfindən idxal istiqamətində gətirilən ərzaq məhsullarının keyfiyyətinə və standartlara uyğunluğuna ciddi şəkildə nəzarət etməyə imkan verir. İdxal olunan ərzaq məhsullarının genetik modifikasiyaya məruz qalmasının dəqiqliklə yoxlanılması üzrə yeni metodları öyrənmək və muxtar respublikamızda qida təhlükəsizliyini daha etibarlı şəkildə təmin etmək məqsədilə Türkiyə Respublikasının Ek-İm firmasından dəvət olunmuş GMO mütəxəssisi Məhəmməd Gökçənin rəhbərliyi ilə növbəti kurs təşkil olunub. 
Qeyd edək ki, Türkiyə Respublikasında mövcud olan GMO laboratoriyalarının 80 faizinin qurulmasını təmin etmiş həmin qurum bu sahədə ən təcrübəli heyətə malikdir.
Beşgünlük tədris kurslarının nəticəsi olaraq Naxçıvan Gömrük Ekspertizası İdarəsinin əməkdaşları genetik modifikasiyaya məruz qalmış kənd təsərrüfatı məhsulları, o cümlədən belə kənd təsərrüfatı məhsullarından hazırlanmış ərzaq məhsulları və hətta az miqdarda bu məhsullardan istifadə olunmaqla istehsal edilmiş ərzaq məhsullarında transgenləri tam şəkildə təyin etməyi öyrəniblər. Bu məqsədlə lazımi reaktiv və etalon reagentlər Fransanın Evrofins şirkətindən alınıb. 
Qeyd edək ki, geni modifikasiya olunmuş məhsullar bu gün qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdən biridır. GMO müasir biotexnologiya üsulu ilə müxtəlif mənşəli canlı orqanizmlərin geninin kombinasiyası vasitəsilə əldə edilmiş istənilən canlı orqanizmdir. Bu zaman heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir. Gen mühəndisliyinə ərzaq terrorizmi də deyilir.
Dünyada becərilən GMO bitkiləri, əsasən, qarğıdalı, soya, pambıq, şəkər çuğunduru, yonca, kartof, düyü, pomidor və tütündür. Hazırda 120-dən artıq müxtəlif kənd təsərrüfatı bitkisinin genetik modifikasiya olunmuş analoqları vardır. Son məlumatlara görə, onlardan 65-i təsərrüfatlarda tətbiq olunur. Bu problemlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar tərəfindən həyəcan təbili çalınır. Artıq bir çox dövlətlər insan orqanizmində qarşısıalınmaz dəyişikliklər yaratdığından geni modifikasiya olunmuş məhsullara qarşı ciddi mübarizə aparır. Ölkəmizdə isə geni modifikasiya edilmiş məhsulların idxalı qanunla qadağandır. 
Kurs çərçivəsində ət məhsullarında halal standartlarının təyini üzrə metodlar da tədris olunub. Əməkdaşlar qida məhsullarında istifadə olunan ət və yağların mənşəyini müəyyən etməyi öyrəniblər. Kursun sonunda qiymətləndirmə aparılıb və iştirakçılara sertifikatlar təqdim olunub. 
Qeyd edək ki, Naxçıvan gömrük laboratoriyası tərəfindən keyfiyyət göstəricilərinin təyini ilə bağlı aparılan analizlərin nəticələrinin xarici ölkələrdə də tanınması istiqamətində işlər davam etdirilir. 
 
Komitənin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

26.04.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.