Xəbərlər :: Gömrük orqanları tərəfindən saxlanılmış mallar aidiyyatı qurumlara təhvil verilib, pirotexniki vasitələr məhv edilib :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

16.07.2019

USD - 1.7000

EUR - 1.9142

GBP - 2.1277

IRR - 0.0040

RUR - 0.0271

TRY - 0.2974

Gömrük orqanları tərəfindən saxlanılmış mallar aidiyyatı qurumlara təhvil verilib, pirotexniki vasitələr məhv edilib

19.03.2019

Gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir. Martın 19-da gömrük orqanlarının müvəqqəti saxlanc anbarlarında qalan və istifadəyə yararlı hesab edilmiş mallar aktlaşdırılaraq müvafiq qurumlara təhvil verilib, pirotexniki vasitələr isə məhv edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin, “Naxçıvan” Əlahiddə Ümumuqoşun Ordunun, Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Heydər Əliyev adına Hərbi Liseyin və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə komissiya gömrük orqanları tərəfindən saxlanılmış mallara baxış keçirib. 
Daxili bazarın qorunması və gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə çərçivəsində saxlanılmış 2504 ədəd közərmə lampası, 743 kq yuyucu vasitə, 673 şüşə bal siropu, 268 litr zeytun yağı, 204 kq biskivit, 60 litr alma sirkəsi, 50 kq alça və ərik qurusu, 25 kq duz, 25 kq bal, 17 kq xurma 3 ədəd akkumlyator, 3 ədəd avtomobil ehtiyat hissəsi, “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar  673 şüşə bal siropu, 268 litr zeytun yağı 60 litr alma sirkəsi, 25 kq bal, 70 kq gips, 184 kq kəpək, 81 metr boru, 21 ədəd müxtəlif ev əşyası, 10 ədəd yapışdırıcı, 3 ədəd qaz plitəsi, 3 ədəd qazla işləyən suqızdırıcıdan ibarət olub. 3243 ədəd meyvə suyu, 100 kq kartof, 86 kq alma, 33 kq tərəvəz, 26 kq soğan, 275 ədəd yumurta, 8 kq çay, 7 kq bibər, 2 kq doşab Heydər Əliyev adına Hərbi Liseyə,  2 ədəd motosiklet, 12 ədəd elektroşok, 3 ədəd gözyaşardıcı qaz, 54 ədəd ov patronu, 3 qutu ov patronu qırması, 30 ədəd ov bıçağı, 2 ədəd dəyənək Daxili işlər nazirliyinə, 40 kq geyim əşyası Naxçıvan Şəhər İcra Hakimiyyətinə, 9272 dərman preparatı, 100 ədəd tibbi ləvazimat, 11 qutu yara bandı isə aidiyyatı üzrə  təhvil verilib. 
Gömrük orqanları tərəfindən Novruz bayramı ərəfəsində xaricdən tezalışan maddələrin və pirotexniki vasitələrin gətirilməsinə qarşı mübarizə gücləndirilib. Qeyd edək ki, 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən yanlız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub. 
  Ötən illərlə müqayisədə pirotexniki məmulatların qanunusuz dövriyyəsinə cəhdlərin sayında azalma müşahidə olunsa da, bayram ərəfəsində yenə də bir sıra faktlar aşkar olunub. Əhalidə köhnədən qalma “bayram adət-ənənəsi”nə bağlılıqdan istifadə etməklə qazanc əldə etmək istəyənlər  insanların sağlamlığına, rahatlığına, ərtaf mühitə dəyə biləcək zərər və ziyana məhəl qoymadan müxtəlif üsül və vasitələrə əl atmaqla gömrük nəzarətindən yayınmağa cəhd göstəriblər. Mart ayının əvvəlindən bu yana gömrük orqanları tərəfindən aşkarlanaraq saxlanılmış ümumilikdə 1470 ədəd pirotexniki vasitə və 4 ədəd beşbarmaq yandırılaraq məhv edilib. 
Muxtar respublika gömrük orqanları tərəfindən daxili bazarın qorunması və gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə bundan sonra da davam etdiriləcək, müvafiq dövlət orqanlarının rəyi olmadan gətirilən, idxalı qadağan olunan və mülki dövriyyəsi məhdudlaşdırılan mallar barəsində qanunvericilik çərçivəsində tədbirlər görüləcəkdir. 

 
Komitənin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

16.07.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.