Xəbərlər :: Gömrük orqanları tərəfindən saxlanılmış mallar hərbi hissələrə təhvil verilib :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

16.07.2019

USD - 1.7000

EUR - 1.9142

GBP - 2.1277

IRR - 0.0040

RUR - 0.0271

TRY - 0.2974

Gömrük orqanları tərəfindən saxlanılmış mallar hərbi hissələrə təhvil verilib

07.05.2019

Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə gətirilməsinə cəhd göstərilən və müvafiq müşayiətedici sənədləri olmadığından saxlanılan mallar aidiyyatı qurumlara təhvil verilib.
Belə k, may ayının 7-də “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordunun və Sərhəd Diviziyasının  nümayəndələrindən ibarət birgə komissiya gömrük orqanları tərəfindən saxlanılmış mallara baxış keçirib.Gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılmış 1600 kq yuyucu toz, 400 kq ərp əlehinə təmizləyici, 140 kq əl sabunu və ümumi çəkisi 100 kq olan digər təmizlik vasitələri, o cümlədən 150 litr zeytun yağı aktlaşdırılaraq “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar isə1100 kq yuyucu toz, 280 kq ərp əlehinə təmizləyici, 80 kq əl sabunu və ümumi çəkisi 75 kq olan digər təmizlik vasitələri, həmçinin 100 litr zeytun yağından  ibarət olub. 
Muxtar respublika gömrük orqanları tərəfindən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə bundan sonra da davam etdiriləcək, qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi təmin ediləcikdir.

 
Komitənin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

16.07.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.