Xəbərlər :: Naxçıvan gömrükçüləri çempion olub :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

26.05.2019

USD - 1.7000

EUR - 1.9423

GBP - 2.2312

IRR - 0.0040

RUR - 0.0257

TRY - 0.3158

Naxçıvan gömrükçüləri çempion olub

10.05.2019

Azərbaycan Respublikası gömrük orqanları arasında keçirilən futzal çempionatına yekun vurulub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 27-ci ildönümünə həsr olunan yarışda 12 komanda mübarizə aparıb. 
May ayının 9-da Bakı şəhərində keçirilən final qarşılaşmasında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin komandası üz-üzə gəlib. İlk dəqiqələrdən təşəbbüsü ələ alan futzalçılarımız İlqar İsmayılovun baxımlı qolu ilə hesabı açıblar. İki dəqiqə sonra Polad Həsənli fərqi iki topa çatdırıb. Fasilədən sonra da matçın ssenarisi dəyişməyib və komandamız həlledici qarşılaşmada 6:1 hesablı qələbə qazanıb. Bu nəticə ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin futzal komandası ard-arda altıncı çempionluğunu bayram edib.
Final oyunundan əvvəl keçirilmiş üçüncülük uğrunda qarşılaşmada isə Bakı Baş Gömrük İdarəsinin komandası  Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin futzalçılarından üstün olub.
Sonra ilk üç yeri tutan komandaların və  fərqlənənlərin mükafatlandırılması mərasimi olub. "Naxçıvan" komandası mötəbər kubokla yanaşı, diplom,medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Komandamızın üzvlərindən Rahil Tahirli çempionatın “Ən yaxşı qapıçı”sı, final qarşılaşmasında hettrik edərək çempionat ərzində  vurduğu qolların sayını 16-ya çatdıran Orxan Məmmədov isə “Ən məhsuldar oyunçu” seçilib. 

 
Komitənin mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

26.05.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.