Xəbərlər :: Tələbələr Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olublar :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

16.11.2019

USD - 1.7000

EUR - 1.8744

GBP - 2.1898

IRR - 0.0040

RUR - 0.0266

TRY - 0.2954

Tələbələr Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olublar

21.05.2019

Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş “Dünya iqtisadiyyatı” ixtisasının tələbələri Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olublar. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində yaradılmış İnnovasiya Mərkəzinin rəhbəri İsmayıl Məmmədov gömrük orqanları tərəfindən iqtisadi sahədə startap layihələrinin dəstəklənməsi ilə bağlı görülən işlərin kompleks xarakter daşıdığını qeyd edib. Əvvəlcə tələbələrə Azərbaycanın ən qədim gömrük orqanlarından biri olan Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsinin keçdiyi inkişaf yolu barədə məlumat verilib. Qeyd olunub ki, Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində Araz çayı sahilində gömrük nəzarəti 189 il bundan əvvəl təşkil olunub. Müstəqillik dövründə Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsinin fəaliyyətinin yenidən təşkili ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olub. 1992-ci ilin noyabr ayının 22-də Şahtaxtı gömrük postu yaradılıb, həmin ilin dekabr ayının 3-də Ulu Öndərimizin iştirakı ilə Şahtaxtı-Poldəşt körpüsünün açılışı olub. 2007-ci ilin oktyabr ayının 17-də ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Araz çayı üzərində uzunluğu 160, eni 15,5 metr olan yeni körpü istifadəyə verilib. 2009-cu ilin oktyabr ayının 22-də isə Ali Məclis Sədri cənab Vasif Talıbov tərəfindən Şahtaxtı Gömrük İdarəsi üçün yeni kompleksin açılışı həyata keçirilib. Şahtaxtı-Poldəşt gömrük-sərhəd buraxılış məntəqəsinə beynəlxalq status verilib və iş vaxtı 16 saata çatdırılıb.
Tələbələr vətəndaşların və avtonəqliyyat vasitələrinin gömrük sərhədindən keçidi, gömrük nəzarətinin təşkili, vətəndaşların və avtonəqliyyat vasitələrinin müayinəsi, yoluxucu xəstəliklərə qarşı gömrük nəzarət zonasında dezinfeksiya işlərinin və profilaktik tədbirlərin həyata keçirilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarına qarşı mübarizə, gömrük nəzarətinin sürətləndirilməsi və asanlaşdırılması istiqamətində görülən işlərlə əyani şəkildə tanış olublar. 
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin şöbə rəisi, gömrük xidməti polkovnik-leytenantı Əkrəm Məmmədov gömrük orqanlarında tətbiq olunan texniki nəzarət vasitələri, o cümlədən X-Ray tipli rentgen-nəzarət qurğularının iş prinsipi barədə məlumat verib. Qeyd olunub ki, Almaniya istehsalı olan bu rentgen qurğusu vasitəsilə saatda 20-dən artıq nəqliyyat vasitəsinə baxış  keçirmək mümkündür. Yoxlama X-Ray şüasının köməyilə aparılır. Təkcə ötən il muxtar respublika üzərindən tranzit hərəkət edən iki yük nəqliyyat vasitəsindən, ümumilikdə, 207,6 kiloqram narkotik vasitə – heroin aşkarlanması texniki nəzarət vasitələrindən səmərəli istifadənin uğurlu göstəricisidir.
Tələbələr xidməti itin köməyi ilə avtonəqliyyat vasitəsində narkotika axtarışı prosesini də maraqla izləyiblər. Məlumat verilib ki, muxtar respublika gömrük orqanları tərəfindən müxtəlif təyinatlar üzrə xidməti itlər yetişdirilir və iş prosesində uğurlu nəticələr göstərirlər. 
Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə tanışlıq zamanı tələbələri maraqlandıran suallara ətraflı cavablar verilib, iqtisadi sahədə startap layihələrinin həyata keçirilməsi və gömrük işinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb. 

 
Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

16.11.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.