Xəbərlər :: Gömrük işi sahəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

16.07.2019

USD - 1.7000

EUR - 1.9142

GBP - 2.1277

IRR - 0.0040

RUR - 0.0271

TRY - 0.2974

Gömrük işi sahəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb

06.07.2019

Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb. Yekun tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli təlimin gömrük xidməti nümayəndələri üçün səmərəli keçdiyini, praktik bilik və vərdişlərin artırılması baxımından əhəmiyyətli olduğunu deyib. Qeyd olunub ki, beş gün müddətində amerikalı ekspertlər tərəfindən qaçaqmalçılıq hallarının aşkar edilməsi, nəqliyyat vasitələrinin yoxlanılması, texniki nəzarət vasitələrindən istifadə və riskin müəyyən edilməsi üsulları ilə bağlı təcrübə öyrədilib. Naxçıvan Şəhər və Sədərək Gömrük idarələrində praktik məşğələlər keçirilib. 
Bu cür layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayan komitə sədri gömrük işi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və iş prosesində tətbiqinin uğurlu nəticələr verdiyini önə çəkib. 
ABŞ-ın Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Kis Roberts Naxçvanda keçirilən təlimin  təşkilatçılıq, proqamın əhatəliliyi və iştirakçıların fəallığı baxımından yaddaqalan olduğunu vurğulayıb. O, gələcəkdə də bu cür tədbirlərin keçirilməsində maraqlı olduqlarını qeyd edərək yaradılan şəraitdən və göstərilən qanaqpərvərlikdən duyduğu məmnunluğu dilə gətirib.  
Sonda Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təlimi müvəffəqiyyətlə başa vurmuş gömrük əməkdaşlarına sertifikatlar və qonaqlara xatirə hədiyyələri təqdim olunub. 
 
Komitənin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

16.07.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.