Xəbərlər :: Gömrük orqanları tərəfindən saxlanılmış mallar barəsində müvafiq tədbirlər görülür :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

16.11.2019

USD - 1.7000

EUR - 1.8744

GBP - 2.1898

IRR - 0.0040

RUR - 0.0266

TRY - 0.2954

Gömrük orqanları tərəfindən saxlanılmış mallar barəsində müvafiq tədbirlər görülür

29.07.2019

Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə gətirilməsinə cəhd göstərilən malların aidiyyatı qurumlara təhvil verilməsi və gömrük anbarlarından qalan yararsız malların məhvedilməsi həyata keçirilib. 
İyul ayının 29-da Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin,  Əlahiddə Ümumqoşun Ordunun və “Naxçıvan” Əlahidədə Sərhəd Diviziyasının  nümayəndələrindən ibarət birgə komissiya gömrük orqanları tərəfindən saxlanılmış mallara baxış keçirib. Gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılmış ümumi çəkisi 588 kq yuyucu və təmizləyici vasitələr, 162 cüt corab, 65 litr zeytun yağı, 44 ədəd avtomobil şini, 28 kq bint, 5 ədəd alışqan qazı aktlaşdırılaraq Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar  392 kq yuyucu və təmizləyici vasitələrdən, 45 litr zeytun yağından, 4 ədəd qazla işləyən suqızdırıcıdan, 1 dəst mebel və 10 adda müxtəlif əşyalardan ibarət olub.  207 ədəd patron, 16 ədəd elektroşok, 8 ədəd ov bıcağı, 6 ədəd gözyaşardıcı qaz, 4 ədəd dəyənək, 1700 ədəd TİR patronu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə, 1888 ədəd müxtəlif dərman preparatları, 10 qutu tibbi ləvazimat aidiyyatı üzrə təhvil verilib. 
Gömrük orqanları tərəfindən istehlakçıların hüquqlarının, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə saxlanılan mallar isə yandırma üsulu ilə məhv edilib. 457 kq xəmir mayası, 95 kq biskivit, 52 kq turşu, 34 kq uşaq oyuncağı, 29 kq uşaq yeməyi, 24 kq şokalad kremi,  8 ədəd texniki spirt, 6 ədəd saç boyası keyfiyyəti standartlara cavab vermədiyindən,  247 ədəd aksiz markası və 9 kq tara saxta olduğundan 1811 ədəd pirotexniki vasitə idxalına xüsusi icazə olmadığından yandırılıb. 
Muxtar respublika gömrük orqanları tərəfindən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə bundan sonra da davam etdiriləcək, qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi təmin ediləcikdir. 
 
Komitənin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

16.11.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.