Xəbərlər :: Gömrük orqanlarında payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

17.10.2019

USD - 1.7000

EUR - 1.8829

GBP - 2.1791

IRR - 0.0040

RUR - 0.0265

TRY - 0.2890

Gömrük orqanlarında payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub

19.09.2019

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. Bu məqsədlə keçirilən iclasda komitə sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli vurğulayıb ki, sentyabr ayının 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Dövlət Gömrük Komitəsinə Fövqəladə Hallar Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birgə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi, bununla əlaqədar istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılması ilə bağlı tapşırıq verilib.
Qeyd olunub ki, elektrik və qazla işləyən qızdırıcı cihazların muxtar respublikaya idxalına uyğunluq sertifikatı əsasında icazə verilir. Qanunvericiliyə əsasən, vətəndaşların həyatı, sağlamlığı və əmlakı,  ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçməlidir. Standartlara uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır. 
Komitə sədri müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunmasıyla əlaqədar görüləcək işlərdən danışarkən vurğulayıb ki, aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış tədbirlər planına əsasən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının satışının qarşısının alınması və gətirilmə yollarının müəyyən edilməsi məqsədilə satış yerlərində reydlərin təşkili, istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması, kütləvi informasiya vasitələrində maarifləndirici verilişlərin və materialların hazırlanması nəzərdə tutulub.
Dövlət qayğısı hesabına muxtar respublikamızda müasir gömrük infrastrukturun yaradıldığını önə çəkən komitə sədri gömrük orqanlarında qışa hazırlıqla bağlı görülən işlərdən də danışıb. Qeyd olunub ki, qazanxanaların fəaliyyəti, elektrik enerjisi ilə təchizat, su və kalizasiya xətlərinin vəziyyəti, avtomaşınların sazlığı, əməkdaşların qış geyim dəstiylə təchizatı məsələləri istiqamətində işlər vaxtında başa çatdırılmalı, payız-qış mövsümündə də gömrük nəzarəti zonalarında və inzibati binalarda xidmətin yüksək səviyyədə təşkili təmin olunmalıdır. 
Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin rəisi, gömrük xidməti mayoru İsmayıl Məmmədov və Mühasibat və maddi-texniki təchizat şöbəsinin rəisi, gömrük xidməti kapitanı Əsgər Qurbanov qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti ilə bağlı məruzə ediblər.
Sonra iclasın gündəliyində duran məsələlərlə bağlı tabeli gömrük orqanlarının rəislərinin çıxışları olub. 
Gömrük orqanlarında payış-qış mövsümünə hazırlıqla bağlı işlərin qısa vaxta başa çatıdırlması və Dövlət Gömrük Komitəsində yaradılmış müvafiq komissiya tərəfindən hazırlıq işlərinin yerindəcə yoxlanılması qərara alınıb. 
Tədbirə yekun vuran Komitə sədri standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinin qarşısının alınması ilə bağlı maarifləndirmə işlərinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Həmçinin, qeyd olunub ki, gömrük orqanları verilən tapşırıqların icrasını daim diqqət mərkəzində saxlamalı, muxtar respublikada təhlükəsiz həyatın təmin edilməsinə öz töhfəsini verməlidir.

 
Komitənin Mətbuat xidməti 


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

17.10.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.