Xəbərlər :: Gömrük sistemində peşəkar inkişaf proqramı icra olunur :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

16.11.2019

USD - 1.7000

EUR - 1.8744

GBP - 2.1898

IRR - 0.0040

RUR - 0.0266

TRY - 0.2954

Gömrük sistemində peşəkar inkişaf proqramı icra olunur

28.10.2019

Gömrük orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və əməyinin stimullaşdırılması istiqamətində tədbirlər davam etirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən növbəti ixtisasartırma kurslarına cəlb edilmiş 47 nəfər gənc gömrük əməkdaşı üçün yoxlama imtahanları keçirlib. İmtahanlarda Komitənin müvafiq şöbələri tərəfindən əməkdaşların gömrük sisteminin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən, texniki nəzarət vasitələrindən istifadə qaydalarını, hüquqpozma faktlarının ilkin sənədləşməsi, şübhəli şəxslərin müəyyən olunması və narkotiklər barədə bilikləri, gömrük orqanlarında nəqliyyat vasitələrinin yoxlanılması qaydalarını hansı səviyyədə mənimsədikləri yoxlanılıb. 
Yoxlama imtahanlarından uğurla çıxmış əməkdaşlara sertifikatlar verilib. Oktyabrın 28-də muxtar respublika gömrük sistemində növbəti ixtisasartıma təlimlərinə start verilib. Qarşıdakı dövrdə mərhələli şəkildə bütün gömrük əməkdaşlarının bu cür təlimlərə cəlb olunması, əvvəlcədən təsdiq olunmuş proqram üzrə tədrisin aparılması və qiymətləndirilməsi nəzərdə tutulub. 
 
Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

16.11.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.