Xəbərlər :: İqtisadi sahədə startap layihələrinin dəstəklənməsi ilə bağlı praktik məşğələ keçirilib :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

16.11.2019

USD - 1.7000

EUR - 1.8744

GBP - 2.1898

IRR - 0.0040

RUR - 0.0266

TRY - 0.2954

İqtisadi sahədə startap layihələrinin dəstəklənməsi ilə bağlı praktik məşğələ keçirilib

06.11.2019

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iqtisadi sahədə startap layihələrinin dəstəklənməsi ilə bağlı növbəti praktik məşğələ keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” ixtisasının tələbələri iştirak edib. 
Naxçıvan Şəhər Gömrük İdarəsində təşkil olunan tədbirdə Komitənin İnnovasiya Mərkəzinin Ekspert Şurasının rəhbəri, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli çıxış edərək Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrindən, iqtisadi sahədə startap layihələrinin reallaşdırılması və muxtar respublikamızda ilk “Konüllü gömrükçü” dəstəsinin formalaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, gömrük işinin müxtəlif sahələrinə dair praktik seminarların təşkili, gömrük orqanlarının fəaliyyəti ilə tanışlıq və keçirilən görüşlər tələbələr tərəfindən iqtisadi sahədə startapların hazırlanıb təqdim olunmasına, könüllülük fəaliyyətinin təşviqinə marağı artırır. Sevindirici haldır ki, artıq Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” ixtisasının tələbələri iqtisadi sahədə bir neçə startap layihəsi üzərində işləri başa çatdırıb təqdim etməyə hazırlaşırlar. 
Komitənin Texnoloji innovasiyalar və statistika bölməsinin rəisi, gömrük xidməti mayoru Emin Eylazov informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin gömrük xidmətinin inkişafındakı rolundan danışıb. Qeyd olunub ki, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi gömrük prosedurlarının sadələşdirilməsinə və ticarətin asanlaşdırılmasına gətirib çıxarıb. Vurğulanıb ki, gömrük xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tətbiqi, kargüzarlıq işinin avtomatlaşdırılması, gömrük sistemində elektron sənəd dövriyyəsinin təmin edilməsi və kadr uçotu işinin idarə olunması, mal və nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük rəsmiləşdirilməsi işinin avtomatlaşdırılması, risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi, sərhədkeçmə vaxtının ölçülməsi, elektron gömrük xidmətləri və Hədəf Mərkəzi gömrük xidmətində uğurla tətbiq olunan innovativ layihələrdir. Qeyd olunub ki, gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşları ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi ildən-ilə daha da genişləndirilir, Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artır. Bununla belə, gömrük sistemində yeni texnoloji innovasiya layihələrinin tətbiqi üçün geniş imkanlar və böyük potensial vardır.
Tədbirdə “Startap Naxçıvan” portalı barədə məlumat verilib və tələbələr Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Startap layihələri və innovativ inkişaf” adlı filmə baxıblar. 
Sonra Komitənin Texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru Akif Əzizov gömrük nəzarətinin səmərəliliyinin artırılması üçün gömrük orqanlarında istifadə edilən texniki nəzarət vasitələri, o cümlədən rentgen nəzarət qurğuları ilə bağlı ümumi məlumat verib. Tələbələr texniki nəzarət vasitələrindən istifadə edib, yüklərin gömrük nəzarətindən keçirilməsi prosesini izləyiblər. 
Tələbələr Naxçıvan Şəhər Gömrük İdarəsinin rəsmiləşdirmə zalında gömrük təmsilçiliyinin fəaliyyəti, malların və nəqliyyat vasitələrinin bəyan edilməsi və rəsmiləşdirilməsi prosesi ilə də tanış olublar. Məlumat verilib ki, informasiya-kommunikasiya texnologiyalarından geniş istifadənin nəticəsidir ki, gömrük sistemində bəyanetmə və rəsmiləşdirmə prosesi kağızsız texnologiya əsasında və minimum vaxt çərçivəsində həyata keçirilir. Belə ki, mal və nəqliyyat vasitələri barədə məlumatlar və müşayiətedici sənədlər əvvəlcədən qısa idxal bəyannaməsi vasitəsilə elektron formada gömrük orqanlarına təqdim olunur. Bu da risk analizlərinin qabaqcadan aparılmasına və sərhədkeçmə vaxtının sürətlənməsinə şərait yaradır. Qısa idxal bəyannaməsində göstərilən məlumatlar əsasında ilkin qeydiyyat aparılır və mal və nəqliyyat vasitəsi təyinat gömrük orqanına göndərilir. Elektron gömrük xidmətləri üzərindən təqdim olunan bəyannamə əsasında təyinat gömrük orqanında rəsmiləşmə prosesi həyata keçirilir, ödənişlər elektron qaydada alınır, qısa müddət ərzində malın buraxılışı həyata keçirilir. Gömrük rəsmiləşdirlməsinin və sərhədkeçmənin sürətləndirilməsi üçün gömrük orqanlarında Yaşıl dəhliz buraxılış sistemi tətbiq olunur. 
Sonda tələbələri maraqlandıran suallara cavab verilib.

 
Komitənin Mətbuat xidməti 


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

16.11.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.