Xəbərlər :: Standartlara uyğun olmayan elektrik və qaz cihazlarının idxalına icazə verilmir :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

08.12.2019

USD - 1.7000

EUR - 1.8883

GBP - 2.2364

IRR - 0.0040

RUR - 0.0267

TRY - 0.2957

Standartlara uyğun olmayan elektrik və qaz cihazlarının idxalına icazə verilmir

23.12.2019

Muxtar respublikamızda əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsinə, infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyətinin təmin olunmasına xüsusi diqqət yetirilir. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələrdə bu məsələlərin həlli yolları müəyyənləşdirilir və qarşıya qoyulmuş vəzifələr aidiyyatı qurumlar tərəfindən icra edilir. Sentyabr ayının 7-də keçirilmiş analoji müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə verilmiş tapşırıqlar standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsindən, eləcə də bununla əlaqədar istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılmasından ibarətdir.  
Nəzərə almaq lazımdır ki, keyfiyyətin beynəlxalq qaydalar əsasında təmin edilməsi ilk növbədə məhsulların sertifikatlaşdırılmasını tələb edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşların həyatı, sağlamlığı və əmlakı,  ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçməlidir. Uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır. Müvafiq səlahiyyətli orqan, yəni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş və ya tanınmış uyğunuq sertifikatı belə malların ölkə ərazisinə idxal edilməsinə gömrük orqanları tərəfindən icazə verilməsi üçün əsasdır.
Standartlara uyğunluğu müvafiq dövlət orqanı tərəfindən təsdiqlənməmiş qızdırıcı elektrik və qaz cihazlarının idxalına icazə verilməməsi  məhz istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin tərkib hissəsidir. Çünki qanunvericilik uyğunluq sertifikatı təqdim olunmadan təhlükəsizliyi təmin edilməli olan malların gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsinə yol vermir. Bunula bağlı sərhəd keçid məntəqələrində vətəndaşlara yazılı, şifahi və elektron qaydada xəbərdarlıqlar olunur, xaricdən qaz sobası gətirmək istəyən hüquqi və fiziki şəxslərə qanunvericiliyin tələbləri izah edilir. Uyğunluq sertifikatı olmadan  idxal edilən qızdırıcı elektrik və qaz cihazları sərhəd keçid məntəqələrində saxlanılır. Ayrı-ayrı vətəndaşlar tərəfindən şəxsi istifadə üçün gətirilən qaz cihazlarının, o cümlədən sobaların təhlükəsizlik sistemi yoxlanılır və müsbət rəy verildikdən sonra  buraxılışına icazə verilir. İstifadə olunmuş, ikinci əl qaz cihazları isə ümumiyyətlə gömrük sərhədindən buraxılmır.
Xaricdən uyğunluq sertifikatı olmadan gətirilən və standartlara uyğunluğuna dair müsbət rəy verilməyən qaz sobalarının gömrük orqanları tərəfindən saxlanılması təhlükəsizliyin təmin olunmasına, vətəndaşlara dəyə biləcək maddi və mənəvi ziyanın qarşısının alınmasına xidmət edir. Muxtar respublikada məskunlaşma səviyyəsinin ilbəil artması, əhalinin böyük əksəriyyətinin kəndlərdə yaşaması fərdi yaşayış evlərində qazla işləyən cihazlara tələbatı artırmaqla yanaşı, onlardan istifadə zamanı təhlükəzisliyin təmin olunmasını da aktual edir. Çünki mavi yanacaq nə qədər sərfəli və rahat olsa da, təhlükəsizlik təmin olunmadıqda bədbəxt hadisələr qaçılmaz olur. 
Yeri gəlmişkən, qeyd edək ki, standarta uyğun sobalarda dəm qazının miqdarı həyat üçün təhlükəli olanda qazın sobaya girişini avtomatik olaraq dayandıran xüsusi qurğu olur. Üstəlik, hər hansısa bir səbəbdən qaz nəqli dayandıqda ehtimal olunan təhlükələrin qarşısının alınması üçün sobalar  avtomatik qaz kıranı, yəni qaz requlyatoru ilə təchiz edilir. Sınaq yoxlamalarının nəticələri göstərir ki, ayrı-ayrı vətəndaşlar tərəfindən xaricdəki mağazalardan alınıb gətirilən sobaların heç də hamısı standartlara cavab vermir.  Xarici uyğunluq sertifikatı olan qaz sobalarında bir çox hallarda müəyyən olunur ki, maya dəyərinin aşağı salınması və ya hər hansısa başqa bir səbəbdən onların üzərində bu qurğular olmur və ya sonradan açılıb çıxarılır.
Cari ilin yanvar-oktyabr ayları ərzində 10 ədəd qaz sobası, 88 ədəd qaz piltəsi, 17 ədəd qazla işləyən su qızdırıcısı standartlara uyğun olmadığından gömrük orqanları tərəfindən saxlanılıb. 2907 ədəd qaz sobası, 2228 ədəd qaz piltəsi, 4267 ədəd qazla işləyən su qızdırıcısı isə standartlara uyğun olduğundan buraxılışı təmin edilib. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrasıyla əlaqədar xaricdən gətirilən, o cümlədən satışa çıxarılan qızdırıcı elektrik və qaz cihazlarının milli sertifikatlaşmaya uyğunluğuna nəzarətin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən daxili bazarda birgə reydlər də təşkil olunur. Məqsəd standartlara uyğun olmayan  və  sənaye üsulu ilə hazırlanmayan elektrik və qaz cihazlarının istismarına yol verilməməsindən və satış dövriyyəsindən çıxarılmasının təmin edilməsindən, o cümlədən sahibkarlıq subyektlərinin hüquqi cəhətdən maarifləndirilməsindən ibarətdir. Bütün bunlar əhalinin təhlükəsizliyi, yanğın, partlayış, zəhərlənmə və ölüm hallarına aparıb çıxaran hadisələrin qarşısının əvvəlcədən alınması baxımından əhəmiyyətlidir. 
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, təhlükəsizliyin təmin edilməsi və istehlakçılarının hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə standartlara uyğun olmayan elektrik və qaz cihazları muxtar respublikaya buraxılmır. Xaricdən gətirilən bu tip cihazların gömrük postlarından buraxılışına aidiyyatı dövlət orqanı tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatı əsasında malın standartlara uyğunluğu yoxlanılmaqla icazə verilir.
 
Komitənin Mətbuat xidməti 


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

08.12.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.