• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
    Vəzifə və funksiyalar

    Missiya


    Naxçıvan Gömrük Xidmətinin missiyası qanunvericiliyin tələblərinə uyğun olaraq Muxtar Respublikanın iqtisadi və milli təhlükəsizliyinin, habelə əhalinin sağlamlığının keşiyində durmaqdan, beynəlxalq ticarətin asan və təhlükəsiz şəkildə həyata keçirilməsinə imkanlar yaratmaqdan, daxili bazarı qorumaqdan, biznes və sahibkarlıq mühitini ardıcıl şəkildə dəstəkləməkdən, hüquq-mühafizə orqanı kimi əməliyyat-axtarış fəaliyyətini daim təkmilləşdirməkdən, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarına qarşı qətiyyətli mübarizə aparmaqdan, fiskal funksiyanı yerinə yetirməkdən, gömrük işi sahəsində ən qabaqcıl təcrübələrin iş prosesində tətbiqinə nail olmaqdan, qonşu və dost ölkələrin gömrük xidmətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmaqdan ibarətdir.

     

    Hədəf


    Qanunvericilik çərçivəsində beynəlxalq ticarət-təchizat zəncirinin bütün iştirakçılarına, biznes subyektlərinə, vətəndaşlara, turistlərə xidmət edən orqana çevrilmək və xidmətin səviyyəsini daim təkmilləşdirmək.





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi