• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Sərhəd buraxılış vaxtının ölçülməsi

    Naxçıvan Muxtar Respublikasının bütün gömrük sərhəd buraxılış məntəqələrində tətbiq olunan "Sərhədkeçmə vaxtının ölçülməsi" (TRS) layihəsinin məqsədi mal və nəqliyyat vasitələrinin sərhəddən keçidinə, buraxılışına və sərhəd keçidindən buraxılışına qədər keçən vaxtları müəyyən etmək, toplanan statistik məlumatların təhlili əsasında ümumi biznes prosesində mövcud problemləri aşkar etmək, bunun əsasında mal və nəqliyyat vasitələrinin sərhəd keçidinin və gömrük rəsmiləşdirilməsi prosesinin daha keyfiyyətli idarə olunmasını təmin etməkdir. Sözügedən layihə Ümumdünya Gömrük Təşkilatının "Malların buraxılış vaxtının ölçülməsi üzrə Təlimat"ında təsbit olunmuş metodologiya əsasında həyata keçirilir və qanuni ticarətin asanlaşdırılmasına xidmət edir. 





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi