• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Mülki dövriyyədə olmasına yol verilməyən əşyalar

    Qadağa və məhdudiyyətlər

    1. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan olunan mallar:
    1.1. Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı
    - Döyüş təyinatlı hərbi texnika.
    - Qanunla dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatı.
    - Dövlət hakimiyyəti orqanlarının rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri.
    - Müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat,, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalına və işlədilməsinə dair normativ-texniki sənədlər.
    -Hərbi səfərbərlik təyinatlı əmlak.
    - Dövlət kəmiyyət vahidləri etalonları.
    - Dövlət, peşə, qulluq, bank, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına dair məlumatları əks etdirən sənədlər.
    - Azərbaycan Respublikasının qızıl ehtiyatı və əyar damğası.
    - Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq.
    - Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr.
    - İnsan orqanı və (və ya) toxumaları (gözün buynuz qişası istisna olmaqla). 
    - Tətbiqi müəyyən edilmiş qaydada qadağan edilmiş dərman vasitələri.
    - Rəsmi sənədlər, şəxsiyyəti təsdiq edən sənədlər, Azərbaycan Respublikasının dövlət təltifləri.
    - Dövlət arxiv fondunun sənədləri.
    - Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi kibercinayətlər törətmək olan qurğular və ya kompyuter proqramları.
    - Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları.
    - Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları.
    - Diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar.
    - Keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumulyatordan (batareya) ibarət, balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar.

    1.2. Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mallar:


    - Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
    - pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
    - insan orqanları və (və ya) toxumaları;
    - canlı heyvanlar;
    - tezalışan maddələr;
    - zəhərli və toksikoloji maddələr;
    - bioloji və infeksion maddələr;
    -civə, kimyəvi reaktivlər və turşular;
    - insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
    - tez xarab olan qida məhsulları;
    - öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün
    təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
    - sikkələr, banknotlar və yol çekləri;
    - radioaktiv maddələr; 
    - narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;
    - narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
    - əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
    - odlu silah və onun döyüş sursatları.

    1.3. Azərbaycan Respublikasından beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mallar;


    -  Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
    -  pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
    -insan orqanları və (və ya) toxumaları;
    -  canlı heyvanlar;
    -  tezalışan maddələr;
    -  zəhərli və toksikoloji maddələr;
    -  bioloji və infeksion maddələr;
    -  civə, kimyəvi reaktivlər və turşular;
    -  insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
    -  tez xarab olan qida məhsulları;
    -  öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
    -  sikkələr, banknotlar və yol çekləri
    -  təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;
    - Dövlət gerbi həkk olunmuş sənədlərin əsli;
    - dövlət kəmiyyət vahidləri etalonları;
    - Dövlət Arxiv Fondunun sənədləri;
    - aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri; 
    - radioaktiv maddələr;
    - narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;
    - narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
    - əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
    - odlu silah və onun döyüş sursatları;
    - qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmirağac);
    - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyətinə aid informasiya sistemləri, sənədlər və arxivlər;
    - dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;
    - xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;
    - Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;
    - müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı sayılan obyektlər;
    - xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.

    1.4. Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) (əşyalar) mallar:


    - Hərbi silah və sursat istehsal etmək üçün avadanlıq.
    - Döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq.
    - Xidməti və mülki silah.
    - Kosmik-peyk rabitə vasitələri, xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq.
    - Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələri.
    - İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar.
    - Qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq.
    - Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq.[2]
    - Partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar.
    - Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar.
    - Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq.
    - Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr.
    - Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular.
    - Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər.
    - Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formaları.
    - Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları.
    - Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları.
    - Məsafədən idarə edilən pilotsuz uçan aparatlar.
    - Gözün buynuz qişası.

    1.5. Azərbaycan Respublikasının ərazisindən keçən (tranzit) beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mallar:


    -  Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
    -  canlı heyvanlar;
    -tezalışan maddələr;
    -  zəhərli və toksikoloji maddələr;
    -  bioloji və infeksion maddələr;
    -  civə, kimyəvi reaktivlər və turşular;
    -  insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
    -  tez xarab olan qida məhsulları;
    -öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün
    təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
    - radioaktiv maddələr; 
    - narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;
    - narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
    - əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
    - odlu silah və onun döyüş sursatları.
    ___________________________________________________________________________________
    ƏSASLAR:
    Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 214-215-ci maddələrinə, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 564 nömrəli Qanununa;
    “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanununa;
    “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 42 nömrəli Qərarı;
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı".

     





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi