• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Beynəlxalq poçt göndərişləri ilə bağlı tələblər

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı"nın və "Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə  2004-cü il 9 dekabr tarixli 191 nömrəli Qərarına əsasən

    Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:

    - pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
    - insan orqanları və (və ya) toxumaları;
    - canlı heyvanlar;
    - tezalışan maddələr;
    - zəhərli və toksikoloji maddələr;
    - bioloji və infeksion maddələr;
    - civə, kimyəvi reaktivlər və turşular;
    - insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
    - tez xarab olan qida məhsulları;
    - öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
    - sikkələr, banknotlar və yol çekləri.
     

    Azərbaycan Respublikasından beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:

    -pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
    -insan orqanları və (və ya) toxumaları;
    -canlı heyvanlar;
    -tezalışan maddələr;
    -zəhərli və toksikoloji maddələr;
    -bioloji və infeksion maddələr;
    -civə, kimyəvi reaktivlər və turşular;
    -insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən materiallar;
    -tez xarab olan qida məhsulları;
    -öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
    -sikkələr, banknotlar və yol çekləri;
    -təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;
    -Dövlət gerbi həkk olunmuş sənədlərin əsli;
    -dövlət kəmiyyət vahidləri etalonları;
    -Dövlət Arxiv Fondunun sənədləri.
     
     
     
     
     





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi