• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    "İdeyadan başlanğıca"

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli üçün Naxçıvan Muxtar Respublıkasının Dövlət Gömrük Komitəsi ilə Naxçıvan Dövlət Universiteti arasında birgə tədbirlər planı təsdiq olunub və qarşılıqlı faydalı əməkdaşlıq təmin edilib. Tədbirlər Planına əsasən muxtar respublikamızda iqtisadi sahədə startap hərakatına start verilməsi üçün dörd mərhələdə işlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə hər iki qurumun nəzdində müvafiq idaredici mərkəzlərin formalaşdırılması, startap layihələrinin hazırlanması üçün gömrük işinə dair innovasiyalar və yeniliklər barədə tələbələrin maarifləndirilməsi, startap layihələrinin qəbulu, təkmilləşdirilməsi və təqdimatı üçün tədbirlərin görülməsi, innovativ layihələrin seçilməsi, onların respublika və beynəlxalq səviyyəli müsabiqələrdə iştirakının təmin olunması və dəstəklənməsi qərara alınıb.

    “İdeyadan başlanğıca” devizi altında startap layihələrinin hazırlanmasına köməklik göstərmək və onların dəyərləndirməsini həyata keçirmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində İnnovasiya Mərkəzi yaradılıb. Gömrük sistemində startap layihələrinin həyata keçirilməsi üçün əlverişli mühitin formalaşdırılması və uğurlu layihələrin sonacan dəstəklənməsi istiqamətində geniş və məzmunlu tədbirlər planının hazırlanıb. Həyata keçiriləcək tədbirlər sırasında startapların real iş prosesinə uyğunlaşdırılması üçün layihə müəllifi olan tələbələrin gömrük orqanlarında “Könüllü gömrükçü” kimi işləməsinə şərait yaradılması, uğurlu startap layihələrinin investorlara təqdim edilməsinə köməklik göstərilməsi, investor və startapçı münasibətlərinin qurulmasında əlaqələndirici qismində iştirak kimi məsələlər də nəzərdə tutulub.

     





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi