• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Şəxsi istifadə

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarına əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər:

     

    Səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar;

    Azərbaycan Respublikasının gömrük ərazisinə fiziki şəxslər tərəfindən ay ərzində bir dəfə şəxsi istifadə məqsədilə gətirilən və aparılan ümumi gömrük dəyəri qanunvericiliklə müəyyən olunmuş həddən artıq olmayan mallar; 

    Minik avtomobilinin konstruksiyasında nəzərdə tutulmuş yanacaq çəninin tutumu həcmində yanacaq;

    Şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri (mülki dövriyyəsi qadağan olunan dərman vasitələri istisna olmaqla);

    Mədəniyyət, turizm, idman, peşəkar görüşlər, səhiyyə, tədris və sair məqsədlərlə səyahətin bütün şərtləri nəzərə alınmaqla, səyahət boyu xarici səyahətçinin şəxsi istifadəsi üçün müəyyən edilmiş hədlərdən artıq müvəqqəti keçirilən mallar;

    18 yaşına çatmış hər bir fıziki şəxs tərəfındən şəxsi istifadə üçün ay ərzində bir dəfə keçirilən 1,5 litr alkoqollu içki;

    Hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları;

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarından çıxarış:

    Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı, fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün yəqinləşdirməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.

    Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının

    gömrük sərhədindən keçirilərkən elektron və ya yazılı formada

    bəyan edilməli olan malların

    S İ Y A H I S I

    Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar;

    Fiziki şəxslər tərəfindən qanunvericiliklə müəyyən olunmuş hədlərdən artıq gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar;

    Müşayiət olunmayan baqajla və daşıyıcı tərəfindən göndərilən mallar.

    Fiziki şəxslər tərəfindən gömrük sərhədindən müvəqqəti keçirilən mallar;

    Avtonəqliyyat vasitələri;

    Müəyyən olunmuş hədlərdən artıq qiymətli metallar və qiymətli daşlar;

    10000 (on min) ABŞ dolları ekvivalentindən artıq valyuta və qiymətli kağızlar;

    Gömrük sərhədindən keçirilməsinə görə xüsusi razılıq (lisenziya) tələb olunan mallar.

     





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi