• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
    Kinoloji xidmət

    Gömrük nəzarəti zamanı narkotik vasitələrin, odlu silahların, partlayıcı qurğuların və müxtəlif qaçaqmalçılıq predmentlərinin aşkar edilməsində kinoloji xidmətin fəaliyyətindən geniş istifadə olunur. Bu məqsədlə muxtar respublika gömrük orqanlarında xidməti itlərin təlimi və xüsusi hazırlığının təşkili diqqətdə saxlanılır. 
    Qeyd edək ki, əvvəllər sərhəd keçid məntəqələrinin hər birində instruktor-kinoloqlar fəaliyyət göstərirdisə, indi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin ayrıca Kinoloji şöbəsi və Kinoloji mərkəzi vardır. Xidməti itlərin təlimi, yetişdirilməsi, kinoloqların seçilməsi, öyrədilməsi, xidməti itlərə baytarlıq nəzarətinin təşkili Naxçıvan Şəhər Gömrük İdarəsinin ərazisindəki Kinoloji mərkəzdə aparılır. 
    Muxtar respublikamızda ilk dəfə olaraq bu mərkəzdə xidməti itlərdən balaların alınması və yetişdirilməsi işi həyata keçirilir. Əgər əvvəllər gömrük orqanları üçün xaricdən xidməti itlərin alınmasına külli miqdarda vəsait sərf olunurdusa, indi buna ehtiyac yoxdur. Mərkəzdə nəyinki gömrük işi sahəsində, digər sahələrdə də xidməti itlərin yetişdirilməsi üçün hər cür imkan vardır. 
    Mərkəzdə 10 istiqamət üzrə - narkotika, partlayıcı maddə, silah-sursat, tütün məmulatları, valyuta, sağ qalmış və ya ölmüş insanın axtarışı üzrə xidməti itlər, həmçinin xüsusi əməliyyat, asayiş-patrul və iz-təqib itləri yetişdirilir. Burada müxtəlif təyinatlar üzrə dünyada özünü doğrultmuş Belçika malinuası da deyilən Belçika çoban iti və Spaniel kimi it cinsləri vardır. İnstroktor-kinoloqlar həftəlik iş qrafikinə uyğun bölünərək muxtar respublikanın sərhəd keçid məntəqələrində xidmət aparırlar. 
    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən kinoloqların hazırlıq səviyyəsi və xidməti itlərin axtarış qabiliyyətinin artırılması kimi məsələlər diqqətdə saxlanılır, hər rübdə bir dəfə instruktor-kinoloqların təlimləri təşkil olunur. 





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi