• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
    Gömrük ekspertizası

    Naxçıvanda gömrük laboratoriyası 2012-ci ildə qurulmuş, həmin ilin may ayında ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri zamanı istifadəyə verilmişdir. Dünyanın nüfuzlu firmalarının istehsalı olan cihazların quraşdırıldığı sınaq laboratoriyası  yüksək ixtisaslı kadrlarla təmin olunmuşdur. Naxçıvan Gömrük Ekspertizası İdarəsi 2015-ci ilin yanvar ayından rəsmi status alaraq öz fəaliyyətini daha da genişləndirmişdir. 

    Hal-hazırda sınaq laboratoriyasında bütün növ ərzaq məhsullarında tələb olunan keyfiyyyət göstəricilərinin təyini, geni dəyişdirilmiş məhsullar, bu cür məhsullardan hazırlanmış qıdaların müəyyən olunması üzrə analizlər peşəkarlıqla aparılır. Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisinə idxal olunan ərzaq məhsulları sərhəd buraxılış məntəqələrindən keçirildiyi zaman  onlardan standartlara uyğun şəkildə prob və nümunələr götürülür. Götürülmüş prob və nümunələr haqqında məlumat onlayn müraciət sistemi vasitəsilə sistemə işlənir və idarənin nümunə qəbulu şöbəsinə göndərilir. Nümunənin göstəricilərinin təyin olunması ölkə ərazisində qüvvədə olan standartlara, nümunənin texniki şərtnaməsi, o cümlədən sanitariya-epidemioloji qayda və normativlərə əsasən müəyyən edilir.

    İdarənin sınaq laboratoriyasında spektrometriya, xromatoqrafiya, atom-adsorbsiya və fiziki-kimyəvi metodlarla analizlər aparılır. Analiz aparılan ərzaq və qida məhsullarına misal olaraq  alkoqollu və alkoqolsuz içkiləri, ət və ət məhsullarını, dənli bitkiləri və taxıl məhsullarını, süd və süd məhsullarını, konservləri, kənd təsərrüfatı məhsullarını, quru meyvələri, bitki və heyvan mənşəli yağları, dənizçilik və su məhsullarını, un məmulatlarını, qənnadıları, uşaq qidalarını və.s göstərmək olar. Laboratoriyamızda, həmçinin, kanserogen maddələr olan mikotoksinlərin təyin edilməsi, konservant maddələr olan benzoy və sorbin turşularının miqdarının yoxlanılması, bütün növ ərzaq məhsullarında 16 adda ağır metalın miqdarının təyin olunması mümkündür.

    Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən nəinki ölkəyə idxal olunan ərzaq məhsullarının, həmçinin Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sifarişi əsasında yerli istehsal məhsullarının keyfiyyət göstəriciləri də  yoxlanılır.

    Həmçinin, Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının təyini üzrə analizlər aparılaraq onlara uyğunluq sertifikatı verilir. Avtonəqliyyat vasitələrinin hansı ekoloji sinfi mənsub olmasının müəyyənləşdirilməsi və Avro 4 standartlarına uyğunluqla bağlı sertifikatın verilməsi elektron qaydada həyata keçirilir. Belə ki, sərhəd gömrük orqanları tərəfindən sərhədi keçən avtonəqliyyat vasitələri ilə bağlı gömrük orqanlarının vahid avtomatlaşdırılmış idarəetmə sistemi (VAİS) üzərindən verilmiş elektron sorğu Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən dəyərləndirilərək dərhal cavablandırılır.

    Həm sertifikatlaşma orqanı, həm də sınaq laboratoriyası kimi fəaliyyət göstərən Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına uyğun kodların verilməsi işi də həyata keçirilir.

     

    Gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının məbləğləri

     





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi