• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük təmsilçiliyi

    2019-cu il sentyabr ayının 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi üçün keçirilmiş test imtahanının nəticələri məlum olub. Qeyd edək ki, 11 namizədin iştirkı ilə keçililən imtahanda mütəxəssislərin gömrük işi, valyuta münasibətləri, bank işi, vergi və ödənişlər, statistika və xarici iqtisadi fəaliyyət, audit və risk analizləri, gömrük işinə aid mülki, inzibati, cinayət və digər hüquq sahələrinə aid bilikləri yoxlanılıb.
    Qaydalara əsasən, 70 və daha çox bal toplamış 5 nəfər imtahandan keçmiş hesab olunub. İmtahandan uğurla keçmiş şəxslərə Dövlət Gömrük Komitəsi tərəfindən ixtisas attestatı verilib. İxtisas attestatı almış mütəxəssislər gömrük təmsilçisi adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququ qazanıblar. 
    Qeyd edək ki, muxtar respublikamızda gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin formalaşdırılması və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi xarici iqtisadi fəaliyyət iştirakçıları üçün əlverişli biznes mühitinin yaradılmasına, şəffaflığın təmin olunmasına, gömrük əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsinə, gömrüklə biznes subyektləri arasında körpü rolu oynayan təmsilçilik institutunun dəstəklənməsinə xidmət edir.
     
    "Naxçıvanterminalkompleks" Birliyinin ixtisas attestatı almış mütəxəssisləri:
     
    Nadirov Arzu Telman oğlu  
     
    Məmmədov Arzu Nadir oğlu 
     
    İsayev Misirxan Saleh oğlu 
     
    Nəsirov Ramazan Əsəd oğlu
     
    Kərimov Rəşad Məhərrəm oğlu





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi