• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
    Oxunması zəruri olan kitablar

    Oxunması zəruri olan kitablar haqqında
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

    Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
    1. Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilsin (əlavə olunur).
    2. Bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılsın. 
    3. Ali Məclisin Aparatı oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsi işini diqqətdə saxlasın.

    Vasif TALIBOV
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

    Naxçıvan şəhəri, 28 avqust 2017-ci il

     

    “Oxunması zəruri olan kitabların siyahısı”

    1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti
    2. “Kitabi-Dədə Qorqud” dastanı
    3. “Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)
    4. Nizami Gəncəvi. “Sirlər xəzinəsi”. Poema  
    5. “Nizaminin hikmət və nəsihətləri”
    6. Nəsirəddin Tusi. “Əxlaqi-Nasiri”
    7. Məhəmməd Tağı Sidqi. “Məktəb hekayələri”
    8. Hüseyn Cavid. “Azər”. Poema
    9. Cəlil Məmmədquluzadə. “Hekayələr”   
    10. Məmməd Səid Ordubadi. “Qılınc və qələm”. Roman
    11. Qurban Səid. “Əli və Nino”. Roman
    12. Məmmədhüseyn Şəhriyar. “Heydərbabaya salam”. Poema
    13. “Təmsillər” (uşaq ədəbiyyatı)
    14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu
    15. Faruk Sumer. “Oğuzlar”
    16. Rəşidəddin Fəzlullah. “Oğuznamə”
    17. Yusif Balasaqunlu. “Qutatqu bilik”
    18. Teodor Drayzer. “Dahi”. Roman
    19. Cek London. “Həyat eşqi”. Hekayə
    20. Ernest Heminquey. “Qoca və dəniz”. Povest
    21. Nikolo Makiavelli. “Hökmdar”
    22.. Gi de Mopassan. “Gombul”
    23. Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”
    24. Nikolay Ostrovski. “Polad necə bərkidi”. Bioqrafik roman
    25. Moris Meterlink. “Arıların həyatı” və “Göy Quş” əsərləri
    26. “Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları)
    27. Seyid Əzim Şirvani. “Seçilmiş əsərləri”. (Təmsillər)
    28. “İslamda müdrik kəlamlar”
    29. Sədi Şirazi. “Gülüstan”
    30. Eynəli bəy Sultanov. “Məqalələr”
    31. Elçin Əfəndiyev. “Baş”. Roman
    32. Aleksandr Sergeyeviç Qriboyedov. “Şair-diplomat”
    33. “Pedaqoji fikir tarixindən”





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi