• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    "Yaşıl dəhliz"ə buraxılış

    "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının göndərilməsi

    İxracla məşğul olan xarici ticarət iştirakçıları artıq ixrac edəcəkləri malları gömrük orqanlarına getmədən istənilən vaxt ölkədən daha rahat çıxarmaq imkanına malikdirlər. Bunun üçün gömrük xidmət üzrə “Yaşıl dəhliz” buraxılış sistemi tətbiq olunur. Bu, ixracın tamamilə avtomatlaşdırılmış elektron idarəetmə sisteminə keçidi deməkdir. Belə ki, ixracla məşğul olan xarici ticarət iştirakçısı ixrac edəcəyi malı qablaşdırıb müvafiq nəqliyyat vasitəsinə yüklədikdən sonra nəqliyyat vasitəsini özü blomblayır. İnternetə çıxışı olan istənilən məkandan gömrük bəyannaməsini tərtib edib gömrük orqanına göndərdikdən sonra gömrük xidməti üzrə risklərin idarəolunması sistemindən avtomatik cavab göndərilir. Beləliklə, riskə düşməyən  xarici ticarət iştirakçısı öz mallarını heç bir daxili gömrük orqanına müraciət etmədən birbaşa gömrük sərhəd buraxılış məntəqəsinə yola salır.

     

    ""Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının göndərilməsi" elektron gömrük xidmətinə DAXİL OL





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi