• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
    Startap Naxçıvan portalına iki layihə təqdim olunub

    18.05.2020

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olaraq 19 aprel 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ilə Naxçıvan Dövlət Universitetinin birgə “Tədbirlər Planı” hazırlanaraq təsdiq olunmuş, bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin hamiliyinə verilmiş “Dünya iqtisadiyyatı” ixtisası tələbələrinin startapla bağlı biliklərinin formalaşması və innovativ layihələrin hazırlanmasına dəstək məqsədilə vaxtaşırı görüşlər keçirilmişdir. Həmçinin, müxtəlif mövzularda  praktik seminarlar təşkil olunmuş, gömrük orqanlarının, o cümlədən Komitənin “Hədəf mərkəzi”nin iş prinsipi, gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və iş prosesində istifadə olunan texniki nəzarət vasitələri ilə bağlı tələbələrə ətraflı məlumatlar verilmişdir.

    Gömrük işinə dair biliklərin artırılması məqsədilə tələbələrin muxtar respublikamızın gömrük sərhəd buraxılış məntəqələri ilə tanışlığı təmin edilmiş, slaydlar vasitəsilə təqdimatlar təşkil olunmuş, metodiki köməkliklər göstərilmişdir.

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” ixtisası tələbələrindən ibarət dörd startap komandası formalaşdırılmış, innovativ layihələrin hazırlanması və dəstəklənməsi üçün lazımi işlər həyata keçirilmişdir.

    Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin hamiliyinə verilmiş “Dünya iqtisadiyyatı” ixtisası üzrə təhsil alan tələbələr tərəfindən “İdeyadan başlanğıca” devizi altında startap layihələrinin hazırlanmasına köməklik göstərmək və onların dəyərləndirməsini həyata keçirmək məqsədilə Komitədə İnnovasiya Mərkəzi və Ekspert Şurası yaradılmış, startapçı tələbələrlə işin səmərəli təşkili üçün lazımi işər görülmüşdür. Startap komandaları tərəfindən “E-logistics”, “VeloTour”,  “Customs Mobil” və “ Termal Suspect” adlı layihələr hazırlanmış, 11 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində həmin layihələrin təqdimatı keçirilmişdir. Təqdimatlar zamanı layihələr üzrə müzakirələr aparılmış, təkliflər dəyərləndirilmiş, “E-logistics” və “VeloTour” layihələri fərqləndirilmişdir. Gələcək perspektivi, iqtisadi və sosial əhəmiyyəti nəzərə alınaraq “E-logistics” “Ən yaxşı layihə” nominasiyası üzrə qalib elan olunaraq  mükafatlandırılmışdır.

    “E-logistics” və “VeloTour” layihələri ilə bağlı təqdimatların təkmilləşdirilməsi və biznes planların hazırlanması istiqamətində tələbələrə lazımi köməkliklər göstərilmiş və hər iki layihə “Startap Naxçıvan” portalına təqdim olunmuşdur.

    Startap komandalarında təmsil olunan tələbələrdən muxtar respublikamızda ilk dəfə olaraq “Könüllü gömrükçü” dəstəsi formalaşdırılmış, onlar üçün lazımi şəraitin yaradılması məqsədilə Komitədə İnnovasiya laboratoriyası qurulmuşdur. İnnovasiya laboratoriyasında internetə çıxşı olan kompüterlər qoyulmuş, gömrük işinə və iqtisadiyyata aid yeni kitablar alınaraq tələbələrin istifadəsinə verilmişdir. “Könüllü gömrükçü”lərin gömrük orqanlarında keçirilən bir sıra tədbirlərdə iştirakı təmin edilmişdir. 

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iqtisadi sahədə startap layihələrinin dəstəklənməsi istiqamətində işlər davam etdirilməkdədir.





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi