• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
    İdxal olunan yüngül minik nəqliyyat vasitələri

    Azərbaycan Respublikası ərazisinə idxal olunan yüngül minik vasitələri haqqında məlumat

    Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirmək istədiyiniz avtonəqliyyat vasitələrinin vasitələrinin Avro-4 ekoloji normalarına uyğun olmasını müəyyən etmək üçün lazımi məlumatlar (zavod buraxılış tarixi, markası, şassi nömrəsi, rəngi və s. ) qabaqcadan Naxçıvan Gömrük Ekspertizası İdarəsinə təqdim olunmalıdır.

    Vətəndaşların nəzərinə!

    Azərbaycan Respublikasının gömrük ərazisinə mal qismində gətirilən nəqliyyat vasitələrinin bəyannaməçi tərəfindən gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə), Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

    Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.

    Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır.


    Nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı qanunvericilik aktları:
     
     





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi