• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Poçt göndərişləri

    Azərbaycan Respublikasının ərazisinə poçt göndərişləri vasitəsi ilə idxal və bu ərazidən ixrac olunan mallara gömrük nəzarəti bu qanuna və digər qanunvericilik aktlarına uyğun həyata keçirilir.
    Azərbaycan Respublikası ərazisindən sadə və sifarişli məktublarda gömrük ödənişləri tətbiq edilən əşyaların göndərilməsi qadağandır.
    Poçt rabitəsi operatorlarının xaricə göndərdikləri və oradan aldıqları beynəlxalq poçt göndərişlərinə gömrük nəzarəti müəyyən olunmuş yerlərdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirir.
    Beynəlxalq poçt göndərişləri ilə göndərilən mallara tətbiq edilən gömrük ödənişləri poçt rabitəsi operatoru tərəfindən alınaraq qanunvericiliklə müəyyən edilən qaydada Azərbaycan Respublikası gömrük orqanlarının hesabına köçürülür.
    Poçt rabitəsi operatorları poçt göndərişlərində sərhəddən keçirilməsi qadağan olunan mallar və əşyalar barədə istifadəçiləri əvvəlcədən məlumatlandırmalıdır.
    Beynəlxalq poçt göndərişlərində göndərilən və karantin nəzarətinə cəlb olunan mallara karantin nəzarəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.

    Poçt  göndərişlərində göndərilməsi qadağan olan mallar

     

     1. Azərbaycan Respublikasına beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mallar:


    1.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
    - pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
    - insan orqanları və (və ya) toxumaları;
    - canlı heyvanlar;
    - tezalışan maddələr;
    - zəhərli və toksikoloji maddələr;
    - bioloji və infeksion maddələr;
    - civə, kimyəvi reaktivlər və turşular;
    - insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
    - tez xarab olan qida məhsulları;
    - öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün
    təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
    - sikkələr, banknotlar və yol çekləri;
    - radioaktiv maddələr; 
    - narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;
    - narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
    - əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
    - odlu silah və onun döyüş sursatları.
     
    2.   Azərbaycan Respublikasından beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mallar:


    -  Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
    -  pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
    -  insan orqanları və (və ya) toxumaları;
    -  canlı heyvanlar;
    -  tezalışan maddələr;
    -  zəhərli və toksikoloji maddələr;
    -  bioloji və infeksion maddələr;
    -  civə, kimyəvi reaktivlər və turşular;
    -  insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
    -  tez xarab olan qida məhsulları;
    -  öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
    -  sikkələr, banknotlar və yol çekləri
    -  təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;
    - Dövlət gerbi həkk olunmuş sənədlərin əsli;
    - dövlət kəmiyyət vahidləri etalonları;
    - Dövlət Arxiv Fondunun sənədləri;
    - aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri; 
    - radioaktiv maddələr;
    - narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;
    - narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
    - əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
    - odlu silah və onun döyüş sursatları;
    - qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmirağac);
    - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyətinə aid informasiya sistemləri, sənədlər və arxivlər;
    - dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;
    - xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;
    - Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;
    - müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı sayılan obyektlər;
    - xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.
     
    3. Azərbaycan Respublikasının ərazisindən keçən (tranzit) beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar:


    -  Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
    -  canlı heyvanlar;
    -  tezalışan maddələr;
    -  zəhərli və toksikoloji maddələr;
    -  bioloji və infeksion maddələr;
    -  civə, kimyəvi reaktivlər və turşular;
    -  insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
    -  tez xarab olan qida məhsulları;
    -  öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün
    təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;
    - radioaktiv maddələr; 
    - narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;
    - narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
    - əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
    - odlu silah və onun döyüş sursatları.
    _______________________________________________________________________________

    ƏSASLAR:
    “Poçt haqqında” Azərbaycan Respublikası Qanunu;
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin “"Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı"nın və "Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları"”nın təsdiq edilməsi barədə  2004-cü il 9 dekabr tarixli 191 nömrəli Qərarı.





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi