• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
    Naxçıvan Şəhər Gömrük İdarəsi

    Xarici iqtisadi əlaqə iştirakçılarına lazımı şəraitin yaradılması, onların ünvanına daxil olmuş yüklərə gömrük nəzarətinin vaxtında və operativ şəkildə həyata keçirilməsi məqəsdilə 2001-ci ilin sentyabr ayında yaradılmışdır. Daxili gömrük orqanıdır. Fəaliyyət zonasına Naxçıvan şəhəri, Babək və Şahbuz rayonları daxildir. Sərhəd gömrük orqanlarından bu idarənin fəaliyyət zonasına düşən mallar üzrə təyinat verilir. Naxçıvan Muxtar Respublikasına boru kəməri vasitəsilə nəql edilən mavi yanacağın, elektrikötürücü xətlər vasitəsilə daşınan elektrik enerjisinin, avtonəqliyyat vasitələrinin və aksizli malların gömrük rəsmiləşdirilməsi Naxçıvan Şəhər Gömrük İdarəsində həyata keçirilir.

    Muxtar respublika gömrük infrastrukturunun modernləşdirilməsi tədbirləri çərçivəsində 2012-ci ilin may ayında idarə üçün Naxçıvan şəhərinin Qərb istiqamətdən girişində müasir gömrük kompleksi tikilib istifadəyə verilmişdir.  Aşılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbov iştirak etmişlər.





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi