• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
    Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi

    Naxçıvan Beynəlxalq Hava Limanında gömrük xidməti 1994-cü ilin dekabr ayında təşkil olunub. 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin nəzdində Naxçıvan Şəhər Hava Limanında Gömrük Postu yaradılıb. 2004-cü ildə idarə statusu alıb. 2014-cü ilin may ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün yeni inzibati bina istifadəyə verilib, müasir iş və xidmət şəraiti yaradılıb.

    Qeyd edək ki, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi tərəfindən beynəlxalq reyslər üzrə hava yolu ilə daşınan yüklərə gömrük nəzarəti və rəsmiləşdirilməsi işi həyata keçirilir. Hazırda Naxçıvandan iki ölkəyə - Türkiyə və Rusiyaya təyyarə uçuşları yerinə yetirilir. Həmçinin, Naxçıvan Muxtar Respublikası ərazisində istifadə ediləcək olan, ancaq xaricdən Azərbaycanın digər beynəlxalq hava limanlarına gələn mallar da təyinatı dəyişdirilərək bu gömrük orqanında rəsmiləşdirilir. 

    Yeni inzibati binanın Naxçıvan Beynəlxalq Hava Limanının Karqo Terminalına yaxın ərazidə inşası yüklərə gömrük nəzarəti və rəsmiləşməsinin daha operativ və keyfiyyətlə aparılmasına şərait yaradır. Xidmətin yüksək səviyyədə təşkili istər ölkə, istərsə də əcnəbi vətəndaşların, o cümlədən xarici iqtisadi fəaliyyət iştirakçılarının rahatlığını təmin edir.

     





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi